» » Türkiyə XİN: Aydın olanın təkzibi Rusiyanın səciyyəvi mövqeyidir

Türkiyə XİN: Aydın olanın təkzibi Rusiyanın səciyyəvi mövqeyidir

Türkiyə XİN: Aydın olanın təkzibi Rusiyanın səciyyəvi mövqeyidir

“Bütün məlumatlarımızı Rusiya tərəfinə ötürürük”.

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ölkəsinin hava sərhədini pozmuş Su-34 təyyarəsi ilə bağlı hadisəni şərh edib, Vatan qəzeti yazır, ucarliyiq.biz xəbər verir.

“Ümid edirəm ki, Rusiya daha məsuliyyətli olacaq. O, əvvəllər də, təyyarəsi vurulanda da bizim hava məkanımızı pozduğunu təkzib edirdi, indi də belə pozuntunu təkzib edir”, - deyə, o, bildirib.

Onun sözlərinə görə, bu pozuntu “müəyyən edilmiş faktdır”.

“Biz bütün məlumatlarımızı Rusiya tərəfinə ötürürük. Aydın olanın təkzibi – Rusiyanın son vaxtlar nümayiş etdirdiyi səciyyəvi mövqeyidir”, - deyə, nazir bildirib.