» » Davudoğlu: Rusiyaya bir daha xəbərdarlıq edirik

Davudoğlu: Rusiyaya bir daha xəbərdarlıq edirik

Davudoğlu: Rusiyaya bir daha xəbərdarlıq edirik

“Rusiyanın xeyrinə deyil”.

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Türkiyənin Baş nazir Əhməd Davudoğlu Rusiya təyyarələrinin yenidən ölkəsinin hava məkanının pozması ilə bağlı bəyanatla çıxış edib, ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir.

“Tutduğu təzavüzkar mövqe Rusiyanın xeyrinə deyil, Rusiyaya bir daha xəbərdarlıq edirik. Artıq dünyanın heç bir ölkəsi təcrid olunmuş halda deyil.

Yəni hər hansı bir ölkənin hava məkanının pozulmasını gizlətmək mümkün deyil. Dolayısıyla Rusiya bu və ya digər hərəkətini gizli saxlaya bilməyəcək”.

Davudoğlunun sözlərinə görə, rəsmi Moskvanın Yaxın Şərq regionunda yürütdüyü siyasət heç də bəyan edilən məqsədlərə xidmət etmir. Baş nazir bildirib ki, Rusiya hərbi aviasiyası Suriyada İŞİD terrorçularına heç bir zərər vermir.

Qeyd edək ki, yanvarın 29-da saat 11:46-da Rusiya Hava Qüvvələrinə məxsus SU-34 qırıcı təyyarəsi Türkiyənin hava məkanını pozub.

Baş nazir daha öncə də Türkiyənin hava məkanını pozan Rusiyanın bunu təkzib etdiyini bildirmişdi, amma bu dəfə hava məkanının pozulması NATO radarlarında da təsdiq edilib.