» » Avropya mühacir axını geri döndü

Avropya mühacir axını geri döndü

Avropya mühacir axını geri döndü

“Onların gözlədikləri olmadı”.

Belçika 111 mühaciri geriyə İraqa göndərmək üçün çarter reysi təşkil edib. Bu mühacirlər qaçqın statusunun verilməsini gözləməkdən könüllü olaraq imtina edərək öz ölkəsinə geri qayıtmaq qərarına gələnlərdir, ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir.

“Bu könüllü qayıdışdır. Sürgün deyil, insanlar getmək istəyir, ona görə də biz onlar üçün bu işi asanlaşdırırıq”, - Belçikanın sığınacaq və miqrasiya üzrə dövlət katibi Teo Franken bildirib.  

Franken VRT telekanalına bildirib ki, mühacirlərin İraqa qaytarılması birinci dəfə deyildi, amma Aİ-də ölkə hakimiyyətinin bu məqsədlə təyyarə icarəyə götürərək Bağdada çarter reysi təşkil etməsi ilk dəfə idi. 

Onun sözlərinə görə, 2015-ci ilin sentyabr və oktyabr aylarında bir neçə həftə ərzində krallığa 7000 iraqlı gəlib. İndi onlardan bir hissəsi geri qayıtmaq istəyir, belə ki, onların gözlədikləri olmadı.

Onların Avropaya gəlməsinə yardım edən vasitəçilər burada “süd gölü” vəd etmişdilər, bunun əvəzində isə iraqlılar “kazarmalarda yığılma çarpayılarda yatırlar”, dövlət katibi bildirib.

O qeyd edib ki, iraqlılar burada tez bir zamanda yaxşı pul qazanıb geri qayıdacaqlarını düşünürdülər.

Belçikada iraqlılara qaçqın kimi yox, iqtisadi mühacir kimi baxırlar. Bu əsasən 25-45 yaş arasında olan bağdadlılardır, onlar ailəsini İraqda qoyaraq Avropaya qazanc ardınca gəlirlər. 2015-ci ildə qaçqın status almadan məyus olan 1014 iraqlı geriyə vətəninə qayıdıb.