» » ABŞ Gürcüstanın Ermənistanla sərhədini möhkəmləndirir

ABŞ Gürcüstanın Ermənistanla sərhədini möhkəmləndirir

ABŞ Gürcüstanın Ermənistanla sərhədini möhkəmləndirir

Saziş imzalanıb.

Rəsmi Vaşinqton Gürcüstan-Ermənistan sərhədinin möhkəmləndirilməsi üçün 10 milyon dollar ayırıb.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Saziş Tiflisdə Gürcüstan Sərhəd Polisi və ABŞ-ın hərbi təhdidlərin azaldılması Agentliyi arasında imzalanıb.

Razılıq əlavə müşahidə məntəqələrinin yaradılması, gecə saatlarında müşahidə aparan videokameraların quraşdırılması və digər texniki təchizat işlərinin görülməsini nəzərdə tutur. 

İlk növbədə “Qasımlı” və “Keda” sərhəd sektorlarının gücləndirilməsi planlaşdırılır.