» » Türkiyədə otellərin kütləvi satışına başlanılıb

Türkiyədə otellərin kütləvi satışına başlanılıb

Türkiyədə otellərin kütləvi satışına başlanılıb

Ölkənin turizm sənayəsi tarixinin ən çətin dövrünü yaşayır.

Türkiyədə turizm sənayesində olan problemlərə görə 1300-dən çox mehmanxana satışa çıxarılıb.

ucarliyiq.biz-ın Zaman qəzetinə istinadən məlumatına görə, ölkənin turizm sənayesinə iqtisadiyyatda müşahidə olunan böhran, turistlərin azalması və terror təhlükəsinin artması çox mənfi təsir göstərib.

Nəşr qeyd edir ki, Türkiyənin turizm sahəsi tarixinin ən çətin dövrünü yaşayır.

Böhrana həmçinin, Rusiyanın Türkiyəyə qarşı qəbul etdiyi sanksiyalar da təsir göstərib.

Nəticədə Egey və Aralıq dənizi sahillərində 1300-dən çox otel satışa çıxarılıb. Antalyada yerləşən, və əsasən Rusiya turist bazarına yönələn bir çox otellər müflisləşmənin bir addımlığındadırlar. Nəşrin məlumatına görə, burada 400-dən çox mehmanxana satılır.

Türkiyədə satışa çıxarılan otellərin ümumi qiyməti 30 milyard lirəyə çatır (10 milyard dollar).