» » Son 50 ilin ən güclü qasırqası ola bilər

Son 50 ilin ən güclü qasırqası ola bilər

Son 50 ilin ən güclü qasırqası ola bilər


Dünya Meteorologiya Təşkilatı, mart ayında başlayan El Nino təbiət hadisəsinin, 2015-ci ilin son yarısında təsirini gedərək artıra biləcəyini bildirdi.

Dünya Meteorologiya təşkilatından edilən açıqlamada, bu qlobal okean və atmosfer hadisəsinin tropik Sakit okeanda bu an mövcud olduğu və bu ilin sonuna doğru təsirini gedərək arta biləcəyi ifadə edildi.

Sakit Okeanında dəniz səthi istiliyinin orta 2 dərəcə üzərinə çıxa biləcəyi ifadə edilən şərhdə, 2015-ci ilin son yarısında təsirini gedərək artırması nəzərdə tutulan Əl Ninonun, son 50 ilin ən güclülərindən ola biləcəyinə işarə edildi.

El Nino, yaratdığı isidici təsir səbəbiylə qasırğalara, şiddətli yağışlara, sel basqınına, quraqlıqlara, yanğınlara və kənd təsərrüfatı məhsul itkinlərinə yol açır, bütün bunların nəticəsi olaraq da epidemiya xəstəliklər artır və çox sayda adam ölür.