» » Ankara “Türk Axını” layihəsi ilə bağlı danışıqlara hazırdır

Ankara “Türk Axını” layihəsi ilə bağlı danışıqlara hazırdır

Ankara “Türk Axını” layihəsi ilə bağlı danışıqlara hazırdır

Tuqay Tuncer açıqlama verib.

Biz hələ də “Türk Axını”nı kommersiya layihəsi kimi görürük. Əgər Rusiya tərəfi danışıqlara başlamaq istəsə, biz buna hazırıq.

ucarliyiq.biz Sputnik-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Vaşinqtondakı diplomatik missiyası rəhbərinin müavini Tuqay Tuncer bildirib. 

“Hər iki tərəf danışıqlar masasına oturmalı, layihənin detallarını müzakirə etməlidir, 10 il əvvəl “Mavi axın”ına dair olduğu kimi deyə T.Tuncer qeyd edib. 

“Türkiyə yalnız “Türk Axını” vasitəsilə daxil olan qazın təxminən üçdə birini istifadə edəcək”, - deyə Türkiyənin Vaşinqtondakı diplomatik missiyası rəhbərinin müavini əlavə edib. 

Qeyd edək ki, layihə ilə bağlı irəliləyiş ötən ilin noyabrında Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin vurulmasından sonra dayandırılıb.