» » Fələstin bayrağına belə dözə bilmirlər...

Fələstin bayrağına belə dözə bilmirlər...

Fələstin bayrağına belə dözə bilmirlər...


İsrail, New Yorkdakı BMT Baş Mərkəzinə "üzv olmayan müşahidəçi dövlət" statusundakı ölkələrin bayraqlarının asılmasını ehtiva edən qanuna qarşı etirazlarını bildiriblər.

İsrail, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi və BMT-nin Baş Məclisin başçısına müraciət edərək New Yorkdakı BMT Baş Mərkəzinə Fələstin bayrağı asılmamasını istədi.
 
İsrailin BMT-dəki daimi nümayəndəsi Ron Prosor, BMT Baş Mərkəzinə üzv olmayan müşahidəçi dövlətlərin bayraqlarının asılmasını ehtiva edən layihənin nəticəsiz qalması üçün BMT-nin Baş katibi Ban Ki-mun və BMT Baş Məclisin sədri Sam Kutesa'ya məktub yazdı.

Məktubunda, "Fələstinin asan və mənasız bal qazanmağa çalışdığını" iddia edən səfir Prosor, "Fələstinin içi boş tək tərəfli qərarları seçim etdiyini" irəli sürdü.
 
BMT Baş Assambleyasına təqdim edilən söz mövzusu layihənin 70. Baş Məclisin danışıqları əvvəlində qəbul edilməsi halında, BMT-də "üzv olmayan müşahidəçi dövlət" statusuna sahib Vatikan və Fələstinin bayraqları 193 üzv ölkə bayraqlarının olduğu yerə asılacaq.

Əfqanıstandan, Zimbabvedə qədər 193 BMT üzvünün bayrağının asılı olduğu BMT Baş Mərkəzi binası önünə ən son Cənubi Sudan bayrağı asılmışdı.

Fələstin, 2012-ci ildə BMT-nin Baş Qurulunda edilən səs vermədə, 193 üzv ölkədən İsrail və ABŞ başda olmaq üzrə 9 ölkənin "xeyr" səs verməsinə baxmayaraq, 138 ölkənin təsdiqiylə "üzv olmayan müşahidəçi dövlət" statusu qazanmışdı. Səs vermədə 41 ölkə bitərəf qalmışdı.

Papa Franciscus'un 25 Sentyabrda ziyarət edəcəyi BMT-də, 193 ölkənin dövlət və hökumət başçıları 28 Sentyabrda başlayacaq 70. Dövr Baş Məclisin üst səviyyə görüşlər səbəbindən New Yorka gələrək Baş Assambleyaya xitab edəcəklər.