» » Braziliya Olimpiadanı ləğv etməyəcək

Braziliya Olimpiadanı ləğv etməyəcək

Braziliya Olimpiadanı ləğv etməyəcək

İnfeksiya beynin zədələnməsinə gətirib çıxarır

Braziliya rəhbərliyi Zika virusuna görə ölkədə keçiriləcək Olimpiadanı ləğv etmək niyyətində deyil.

İdmançılarda virusa yoluxmaq riski sıfıra bərabərdir, yalnız hamilə qadınalr üçün təhlükəlidir, Reuters məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, belə bir bəyanatla ölkə prezidenti administrasiyasının rəhbəri Jak Vaqner çıxış edib.

Rio-de-Janeyroda Yay Olimpiya Oyunları avqust ayının 5-dən 21-nə kimi keçiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatı Zika virusunun epidemiyasını dünya üçün təhlükəli elan edib.

Daha öncə ÜST Cənubi və Şimali Amerikada yoluxma sayının üç-dörd milyon olacağını ehtimal edirdi.

Zika virusunu ağcaqanadlar yayır. O, hamilə qadınlar üçün xüsusilə təhlükəlidir: infeksiya körpələrdə beynin zədələnməsinə və mikrosefaliyaya gətirib çıxarır – dünyaya gələn uşaqların başı çox kiçik ölçüdə olur.