» » Ermənilər Kerridən Azərbaycana yardımı dayandırmağı xahiş etdilər

Ermənilər Kerridən Azərbaycana yardımı dayandırmağı xahiş etdilər

Ermənilər Kerridən Azərbaycana yardımı dayandırmağı xahiş etdilər

“Bu, Amerika dəyərlərinə ziddir”

Amerika erməni Assambleyası ABŞ-ın dövlət katibi Con Kerriyə və ölkənin xəzinədarlıq katibi Cek Lyuya məktub göndəri. Məktubda bu şəxslərdən Azərbaycana maliyyə yardımının ayrılmaması xahiş olunur.

ucarliyiq.biz bu barədə “Novosti Armenii”ya istinadən xəbər verir.

Erməni diasporasının rəhbərləri bəyan ediblər ki, “Azərbaycan öz xristian qonşusunu blokada da saxlayır”, bu isə onların sözlərinə görə, Amerika dəyərlərinə ziddir.

Təşkilat ABŞ-ı Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının aparıcı iştirakçısı kimi öz mövcud nüfuzunu istifadə edərək, Azərbaycana istənilən maliyyə yardımının ayrılmasına qarşı çıxmağa çağırıb.