» » Kadırov: Ürəyin istəyəni yaza bilərsən, yalnız Amerika itlərinə toxunma

Kadırov: Ürəyin istəyəni yaza bilərsən, yalnız Amerika itlərinə toxunma

Kadırov: Ürəyin istəyəni yaza bilərsən, yalnız Amerika itlərinə toxunma

“Anlamayan anlayar!

Çeçenistanın rəhbəri Ramzan Kadlrov paylaşdığı videonun İnstagram sosial şəbəkəsinin adminsitrasiyası tərəfindən silinməsindən şikayətlənib.

Qeyd edək ki, həmin videoda müxalif PARNAS partiyasının lideri Mixail Kasyanov optik nişangahda təsvir edilmişdi.

ucarliyiq.biz xəbər verir ki, Kadırovun fikrincə “ABŞ-ın qiymətli köpəklərinə dair bir neçə kəlmə dediyi” üçün paylaşım silinib.

“Ürəyin istəyən hər şey yaza bilərsən, yalnız Amerika itlərinə toxunma”, - deyə, Çeçenistan rəhbəri yazıb.

Bazar ertəsinə keçən gecə Kadırov İnstagramda PARNAS partiyasının lideri və Rusiyanın sabiq baş naziri Mixail Kasyanovun əks olunduğu videonu paylaşıb.

Kasyanov ilə bərabər onun müavini, jurnalist və “Açıq Rusiya” təşkilatının koordinatoru Vladimir Kara-Murza-kiçik də əks olunub.

Videonun üzərinə optik nişangah çərçivəsi qoyulub. Videoya şərh olaraq Kadırov: “Kasyanov Rusiya müxalifəti üçün pulun ardınca Strasburqa gəlib”, “ANLAMAYAN ANLAYAR!” yazıb.

Bir müddət sonra sosial şəbəkə admnisitrasiyası paylaşımı silib. “Vedomosti”yə məlum olub ki, video servisin qaydalarının pozulduğu üçün, daha dəqiq instaqram istifadəçilərinə hörmətsizliyə görə silinib.