» » Almaniyada bir qrup miqrant təqaüdçülərə hücum etdi – VİDEO

Almaniyada bir qrup miqrant təqaüdçülərə hücum etdi – VİDEO

Almaniyada bir qrup miqrant təqaüdçülərə hücum etdi – VİDEO

Onlar qadını müdafiə edirdilər.

Almaniyanın Münhen şəhərində (Bavariya federal torpağı) bir qrup mühacir qadını təcavüzdən müdafiə etməyə çalışan iki təqaüdçüyə hücum edib. The Daily Mail hadisənin şəhər metrosunun girişində, gündüz saatlarında baş verdiyi barədə məlumat yayıb.

ucarliyiq.biz Lenta.ru-ya istiandən xəbər verir ki, şahidlərin sözlərinə görə, mübahisə ərəb görünüşlü kişinin qadına sataşmasından sonra başlayıb.

Alman qadın onunla danışmaq istəyən adamın cəhdlərinə məhəl qoymayıb. O zaman mühacir pəncərəyə yumruqla vurub.

Sərnişinlər ondan bu hərəkətinə son qoymağı xahiş ediblər. Bundan sonra mühacirlər iki yaşlı kişiyə hücum ediblər: kişilərdən birinə zərbə endirdikdən sonra boynundan tutaraq şüşəyə dayayıblar, digərinin isə gödəkçəsinin yaxasından tutmağa çalışıblar.

Sərnişinlər mühacirləri sakit edə biliblər. Qatar stansiyaya yaxınlaşdıqda, şahidlər polis çağırıblar.

“Amma hüquq-mühafizə orqanlarının əməkdaşları heç nə edə bilməyəcəklərini dedilər”, - şahid bildirib.

Nəticədə şahidlərdən biri hadisənin videosunu internet şəbəkədə paylaşıb.

“Qaçqınların çoxu nə qadınlara, nə yaşlılara, nə də gəldikləri ölkənin qanunlarına hörmət etmirlər”, - şahid qeyd edib.