» » Putinin kostyumlarının yaradıcısını “Brioni”dən qovdular

Putinin kostyumlarının yaradıcısını “Brioni”dən qovdular

Putinin kostyumlarının yaradıcısını “Brioni”dən qovdular

“Onun dünyagörüşü işində təzahür edirdi”.

İtaliyanın moda evi “Brioni” kreativ direktor Brendan Malleyn ilə müqavilə müddətini uzatmamaq qərarına gəlib. “Rambler News Service” onun yeni təyinatı haqqında söhbətin getmədiyi barədə məlumat yayıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, şirkətdə “lazım olan zaman” bu barədə bəyanat veriləcəyi bildirilib.  

“Brendanın ehtirası, onun dünyagörüşü və xarizması hər zaman işində təzahür edirdi, biz ona şirkətə sadiqliyinə görə minnətdarıq”, - moda evinin rəhbəri Canluka Flore şərh verib.

Malleynin yeni iş yeri barədə məlumat verilmir. Yaz kolleksiyasını şirkətin dizaynerlər komadası hazırlayacaq.  

“Brioni” şirkəti 1945-ci ildə Romada yaradılıb. Brendin məşhur müştəriləri sırasında – Ceyms Beluşi, Al Paçino, Pirs Brosnan və Daniel Kreyq var. İtalyan markasının kostyumlarını həmçinin Rusiya prezidenti Vladimir Putin də geyinir, “Business FM” radisonun saytında yazılıb.