» » Sevastopolda türk əsgərlərinin memorialı təhqir edilib – FOTO + VİDEO

Sevastopolda türk əsgərlərinin memorialı təhqir edilib – FOTO + VİDEO

Sevastopolda türk əsgərlərinin memorialı təhqir edilib – FOTO + VİDEO

Bu artıq üçüncü faktdır.

Sevastopolda türk əsgərlərinin memorialına qarşı vandalizm aktı həyata keçirilib.

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə Krımda Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov bildirib.

Onun sözlərinə görə, qəbirdaşının üzərində olan ayparanı qoparıblar, daşın özünü isə iti alətlə cızıblar.

R.Hümbətov xatırladıb ki, bu türk memorialına qarşı artıq üçüncü vandalizm faktıdır. İlk dəfə cinayətkarlar abidəyə 2014-cü ilin oktyabrında zərər vurublar, o zaman abidəni bərpa etmişdilər.

Azərbaycan icmasının rəhbəri bildirib ki, bir neçə gün öncə memoriala gedən yolda olan göstəricinin üzərinə vandallar “çaqallar” sözünü yazıblar.

Onun sözlərinə görə, sevastopolluların səyləri ilə abidə yenidən bərpa edilib.