» » Deputat Məmmədov 12 milyon rüşvətlə tutuldu

Deputat Məmmədov 12 milyon rüşvətlə tutuldu

Deputat Məmmədov 12 milyon rüşvətlə tutuldu

O, Füzuli rayonunda anadan olub.

ucarliyiq.biz “Regnum”a istinadən xəbər verir ki, İvanovsk vilayətinin sədr müavini Vyaçeslav Sverçkov cinayət işinin fiqurantı olub – o, rüşvət götürməkdə ittiham edilir.

Rüşvət verməkdə İvanovo şəhər dumasının altıncı çağırış deputatı Sarraf Məmmədov şübhəli bilinir.

İstintaqın versiyasına görə, 2014-cü il ərzində regional mərkəzin ərazisində İvanovo şəhərinin rəhbəri Sverçkov sahibkar Məmmədovdan ümumi məbləği 12 milyon rubl olan rüşvət alıb.

Müstəntiqlərin fikrincə, bu pulları, o zaman İvanovanın rəhbəri olan Sverçkov, “Məmmədovun nəzarəti altında olan şirkətlərin 37 torpaq sahəsində dayanacaq pavilyonlarının tikilməsi üçün verdikləri ərizələrə şəhər administrasiyasının torpaq istifadəsi üzrə komissiyada müsbət rəyin verilməsinə sərf etməli idi”.

Qeyd edək ki, Sərraf Məmmədov 1965-ci ildə Azərbaycanın Füzuli rayonunda anadan olub. “2 saylı Yük avtonəqliyyat müəssisəsi”nin idarə heyətinin sədridir. İvanovo Şəhər Dumasının dördüncü çağırışının deputatı idi.

Rusiya və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsində səylərinə görə Sərraf Məmmədov Azərbaycanın “Tərəqqi” medlı ilə təltif edilmişdi.