» » Yalnız ABŞ-da: Qadın polisi saxlayıb tənbeh etdi – VİDEO

Yalnız ABŞ-da: Qadın polisi saxlayıb tənbeh etdi – VİDEO

Yalnız ABŞ-da: Qadın polisi saxlayıb tənbeh etdi – VİDEO

“Mən sadəcə onun niyə tələsdiyinin səbəbini bilmək istəyirdim”.

Mayami sakini (ABŞ, Florida ştatı) Klaudiya Kastillio CBS Miami kanalına müsahibəsində polis avtomobilinin saxlanılmasının tələb etdiyini bildirib.

O, sürət limitinin 40 mil/saat olan yolda yanından sürətlə ötən polis maşınını saxlatdırıb, ucarliyiq.biz xəbər verir.

“Polis mənim maşınımın yanından elə sürətlə keçdi ki, mənim avtomobilim titrədi”, - o bəyan edib. - Və mən ona çatmaq üçün saatda 80 km sürətlə hərəkət etdim”.

Videoda sərnişin tərəfdən maşına boylanan polis görünür. Bu zaman isə Kastillio ondan yoldakı davranışının izah etməsini tələb edir.

“Sizi saxlamağımın səbəbi sizin sürətinizin 90 km/s artıq olmasıdır, - Kastillio deyir. – mən sizə çatmaq üçün 80 km/s sürət yığmalı oldum, amma yenə də sizdən yetərincə arxada idim. Mən sadəcə onun niyə tələsdiyinin səbəbini bilmək istəyirdim”.

Polisin sözlərinə görə, o, işə tələsdiyi üçün belə sürət yığmasını hiss etməyib.

“Mən üzr istəyirəm, bir də sürəti belə qaldırmayacağam”, - polis qadına deyib.

Mayami polisi baş verənlərdən xəbərdar olduğuna dair bəyanat dərc edib.

“Həmin polisin işlədiyi ərazinin rəhbəri araşdırma aparacaq və müvafiq tədbirlər görəcək”, - bəyanatda deyilir.