» » Ərə getməkdən boyun qaçırmaq yəhudi gəlinə baha başa gəldi

Ərə getməkdən boyun qaçırmaq yəhudi gəlinə baha başa gəldi

Ərə getməkdən boyun qaçırmaq yəhudi gəlinə baha başa gəldi

Onlar elçi yolu ilə tanış olublar.

Qüds sakini toya iki həftə qalmış ərə getməkdən boyun qaçırdığı üçün kişiyə 60 min şekel (15 min dollara yaxın) cərimə ödəməli olacaq.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə NEWSru.co.il portalı məlumat yayıb.

Qızın oğlana ailə qurmaq barədə verdiyi söz məhkəmə tərəfindən müqavilə kimi qəbul edilib. Bu müqavilə razılaşmanın şərtlərini pozan tərəfin digər tərəfə maddi və mənəvi kompensasiya ödəməsini nəzərdə tutur.

Məhkəmənin qərarına əsasən evlilikdən boyun qaçıran gənc qız cərimə olunmaqla yanaşı, bütün məhkəmə xərclərini də özü ödəməlidir. Bu isə əlavə 15 min şekelin (3,8 min dollar) ödənilməsi deməkdir.

Məhkəmə istintaqı zamanı qız öz qərarını bəy tərəfindən edilən fiziki zorakılıqla əlaqələndirməyə çalışıb. Lakin bunu heç cür sübut edə bilməyib. Bəy isə məhkəməyə onların sosial şəbəkədəki yazışmalarını, həmçinin şahidlərin ifadələrini təqdim edib.

Məhkəmə qeyd edib ki, qızı evlənməyə məcbur etmək olmaz. Lakin o, yüngül davranışına görə cəza çəkməli və bəyə bütün verdiyi zərəri kompensasiya etməlidir.

Qərar qəbul edərkən hakim qızı zorla ərə getməyə məcbur edə bilmədiyini deyib. Amma o, əri olacaq adamı toy üçün böyük xərc çəkməyə məcbur etməklə düşüncəsiz davranıb.

Ultraortodoksal yəhudi icmasının nümayəndələri olan keçmiş nişanlılar elçi vasitəsilə tanış olublar və bir neçə ay sonra evlənmək barədə qərar qəbul ediblər. 

Bu müddət ərzində cütlük toy mərasimi üçün zal sifariş edib, dəvətnamələri çap edib, genetik yoxlamalardan keçib, həmçinin yataq otağı üçün mebel və mətbəx texnikası almağa imkan tapıb. Xərcin böyük hissəsi bəyin ailəsi tərəfindən ödənilib. Lakin toya 2 həftə qalmış gəlin ərə getmək fikrindən daşınıb.