» » Meksikada zibil yığanlar ayağa qalxdı

Meksikada zibil yığanlar ayağa qalxdı

Meksikada zibil yığanlar ayağa qalxdı

Şəhərin mərkəzi tullantıların altında qalıb.

Şəhər idarəçiliyindən narazı olan zibilyığanlar çərşənbə axşamı Meksikanın mərkəzi hissəsində yerləşən Morelos ştatının paytaxtı Kuernavka şəhərinin mərkəzini tullantılara qərq ediblər.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, nəticədə regionun ən gözəl şəhərlərindən birində yerləşən administrativ binalara aparan yollar tonlarla çürük zibil və təkərlərlə bağlanıb.

100 nəfərə yaxın olan aksiya iştirakçıları hakimiyyətdən onlara bir neçə ay ödənməmiş maaşlarının verilməsini tələb edir. Bəzi məlumatlara görə, sözhət 60 milyon pesodan (3,2 milyon dollar) gedir.

Aksiya iştirakçıları Kuernavakinin meri, əvvəllər məşhur futbolçu olan Kuautemok Blanko ilə görüşmək niyyətindədirlər. Tullantıların tolplanması üzrə şəhər xidmətinin nümayəndəsi Daniel Mirada aksiyanın borcun tam ödəniləcəyi günə qədər davam edəcəyini bildirib.

Kuernavaka Mexikodan təxminən 85 km cənubda yerləşir və iqlimi sayəsində “əbədi bahar şəhəri” kimi məşhurdur.