» » Taliblər əfqan ordusunun 10 yaşlı qəhrəmanını güllələdilər – FOTO

Taliblər əfqan ordusunun 10 yaşlı qəhrəmanını güllələdilər – FOTO

Taliblər əfqan ordusunun 10 yaşlı qəhrəmanını güllələdilər – FOTO

O, xidməti buraxıb məktəbə getməyə başladıqdan bir neçə ay sonra öldürülüb.

Keçən il Əfqanıstan hökuməti Vasil Əhmədi taliblərin hücumuna qarşı milis müdafiə dəstəsinə rəhbərlik etməsinə görə qəhrəman elan etmişdi.  

ucarliyiq.biz xəbər verir ki, bazar ertəsi taliblər Vasilin güllələndiyini bəyan ediblər.

Vasil Əhmədin cəmi 10 yaşı var idi.

O, ölkənin cənubunda yerləşən Oruzqan əyalətinin paytaxtı Tirin Kot şəhərində xidməti buraxıb məktəbə getməyə başladıqdan bir neçə ay sonra güllələnib.

Vasilin hekayəti uşaqların həm hökumətyönümlü, həm də taliban qiyamçılarının ordusunda döyüşçü kimi istifadə edilməsinin kədər doğuran nümunəsidir.

Əfqanıstanın insan haqları üzrə müstəqil komissiyasının nümayəndəsi Rafiullah Baydarın sözlərinə görə, prezident Əşrəf Qaninin keçən il uşaqların orduda istifadə edilməsinə dair imzaladığı qadağaya baxmayaraq, komissiya hələ də əfqan ordusunda, əsasən də yerli milis bölmələrində azyaşlı əsgərlər barədə məlumat almağa davam edir.

Onun sözlərinə görə, taliblər uşaqları ölkənin cənubunda Kunduz və Badaşxan kimi yerlərdə istifadə edirlər.

Taliblər əfqan ordusunun 10 yaşlı qəhrəmanını güllələdilər – FOTO

Taliblər əfqan ordusunun 10 yaşlı qəhrəmanını güllələdilər – FOTO