» » Facebook-da gizli şahmat oyunu aşkarlandı – FOTO

Facebook-da gizli şahmat oyunu aşkarlandı – FOTO

Facebook-da gizli şahmat oyunu aşkarlandı – FOTO

Komandanı tətbiq edəndən sonra oyun başlayır.

Facebook-un şəxsi ismarıclarda və Messenger proqramında bir-birilə ünsiyyətdə olan istifadəçilərin şahmat oynamaq imkanı yaradan funksiya mövcuddur.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Tech Insider” məlumat yayıb.

Oyunun aktivləşdirilməsi üçün yazışma pəncərəsinə “@fbchess play” yazmaq lazımdır. Bundan sonra çat pəncərəsində şahmat lövhəsi peyda olur.

Oyuna başlamağa təşəbbüs edən istifadəçi qara fiqurları və müvafiq olaraq ikinci gediş hüququnu alır.

İdarə xüsusi qısa komandalar vasitəsilə həyata keçirlir. Belə ki, “@fbchess f3” yazısı piyadanı f3 xanasına, “@fbchess Bg7” komandası isə fili g7 xanasına keçirir.

Tam təlimat “@fbchess help” komandasından sonra meydana çıxır. 

Facebook-da gizli şahmat oyunu aşkarlandı – FOTO