» » Yaponiya Inın raketini vurmağa hazırlaşır

Yaponiya Inın raketini vurmağa hazırlaşır

Yaponiya Inın raketini vurmağa hazırlaşır

Nakatani əmr verib.

Yaponiyanın müdafiə naziri Qen Nakatani Şimali Koreya raketinin vurulmasına dair əmrin verildiyini bəyan edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, nazirin əmri fevral ayının 25-nə kimi qüvvədə olacaq. Buna baxmayaraq lazım olduğu təqdirdə, müddət uzadıla bilər.

İlkin məlumata görə, Şimali Koreya raketi Yaponiyanın cənubunda yerləşən arxipelaq Sakisimanın üzərindən uça bilər. Raketin buraxılışı 2016-cı ilin fevral ayının 8-dən 25-nə kimi planlaşdırılıb.

Daha öncə Yaponiyanın baş naziri Sindzo Abe Şimali Koreyadan planlaşdırılmış raket buraxılışdan imtina etməsinə dair “qəti tələb” üçün ABŞ və digər ölkələrlə işləyəcəyini bəyan etmişdi.  

Koreya Xalq Demokratik Respublikasının dəniz administrasiyası peykin buraxılışının milli kosmik inkişaf proqramı çərçivəsində həyata keçirildiyini bəyan edib.