» » Ramzan Kadırov planlarından danışdı: Putin nə desə...

Ramzan Kadırov planlarından danışdı: Putin nə desə...

Ramzan Kadırov planlarından danışdı: Putin nə desə...

“Mən bu barədə düşünməmişəm”.

Çeçenistan rəhbəri Ramzan Kadırov region rəhbəri postuna namizədliyini irəli sürəcəyi barədə hələlik qərar qəbul etməyib.

ucarliyiq.biz xəbər verir ki, o, bu barədə çərşənbə günü İnstagramda yazıb.

“Seçkilərdən danışmaq hələ tezdir. Mən bu məsələlərlə diqqətimi yayındırmaq istəmirəm. Və həm də hələlik bir qərar qəbul etməmişəm!”, - o bildirib.

Onun sözlərinə görə, onun səlahiyyətlərinin müddətinin iki ay sonra başa çatdığını ona jurnalistlər xatırladıb.

“O dəqiqə mənim yenidən namizədlik irəli sürüb sürməyəcəyim məsələsi ortalığa çıxır. Bu barədə düşünməmişəm. Əminəm ki, ilk olaraq Rusiya prezidenti seçilməlidir. Əgər o kiminsə respublikaının prezidenti vəzifəsinə layiq olmasını deyərsə və xalq onu dəstəkləyərsə, o zaman seçkilərdə iştirak etmək olar”, - Kadırov bildirib.  

O qeyd edib ki, hakimiyyətə yalnız hakimiyyət xatirinə can atan siyasətçi heç nə əldə edə bilməz.

Respublika başçısı qeyd edib ki, hazırkı mərhələdə öz vəzifələrinə diqqət yönəltməyi planlaşdırır.

“Onlar çox genişdirlər!” – Kadırov əlavə edib.

Çərşənbə axşamı fevral ayının 2-də “Vedomosti” qəzeti Kadırovun Çeçenistan rəhbəri postunda beş illik müddəti sona çatır. O, bu vəzifəyə 2011-ci ilin mart ayının 5-də təyin edilib. Növbəti respublika rəhbəri region sakinlərinin birbaşa səsverməsi ilə seçiləcək. Bununla yanaşı respublika rəhbəri vəzifəsinə namizədləri siyasi partiyalar irəli sürəcək. Müvafiq dəyişikliklər respublika Konstitusiyasına 2012-ci ildə edilib.