» » Kerrinin İtaliyadakı mətbuat konfransı dava ilə bitdi – VİDEO

Kerrinin İtaliyadakı mətbuat konfransı dava ilə bitdi – VİDEO

Kerrinin İtaliyadakı mətbuat konfransı dava ilə bitdi – VİDEO

“İŞİD-i siz yaratmısınız!”.

İtaliyanın XİN rəhbəri Paolo Centiloni və ABŞ-ın dövlət katibi Con Kerrinin Romadakı müştərək mətbuat konfransı xoşagəlməz hadisə ilə sonlanıb.  

ucarliyiq.biz xəbər verir ki, birinci sırada oturan jurnalistlərdən biri konfransı tərk edən siyasətçilərin ardınca “İslam dövləti” terror qruplaşmasını yaratmalarına dair ittihamını səsləndirib.

Kerri və Centiloni çərşənbə axşamı Romada “kiçik qrup” adlanan İŞİD ilə mübarizə üzrə beynəlxalq koalisiya çərçivəsində iclas keçiriblər. Görüşdə Aİ-nın və 23 ölkənin nümayəndələri işitrak edib. Görüş italiyalı və amerikalı diplomatın müştərək mətbuat konfransı ilə başa çatıb.

Mətbuat ilə görüş sona çatdıqdan sonra nazirlər zalın çxışına istiqamət götürüblər. Bu zaman ilk sırada oturan jurnalist ayağa qalxaraq “İŞİD-i siz yaratmısınız!” deyə qışqırıb.

Qadını dərhal karabinerlər əhatə edib. Zalda olanların sözlərinə görə, italiyalı jurnalistin başında yaylıq olub.