» » Putin Kissencer ilə görüşəcək

Putin Kissencer ilə görüşəcək

Putin Kissencer ilə görüşəcək

Putin bu imkanı dəyərləndirir.

Rusiya prezidenti Vladimir Putin fevral ayının 3-də ABŞ-ın sabiq dövlət katibi Henri Kissencer ilə görüşəcək, RİA Novosti dövlət rəhbərinin mətbuat katibi Dmitri Peskovun bəyanatını yayıb.

O qeyd edib ki, siyasətçiləri köhnə dostluq əlaqələri bağlayır, ucarliyiq.biz xəbər verir.

“Bu gün Moskvada prezident Putinin Henri Kissencer ilə çoxdankı dostluq dialoqu davam edəcək. Bilirsiniz ki, Putini Henri Kissencer ilə dostluq əlaqələri bağlayır, onlar hər zaman ünsiyyət qururlar, danışmaq imkanından istifadə edirlər.

Putin, dünya siyasətinin cari məsələlərinin müzakirəsi, gələcəkdə vəziyyətin inkişafına dair fikir mübadiləsi üçün yaranan imkanı dəyərləndirir”, - Peskov bildirib.  

Daha öncə Ruisya prezidenti Vladimir Putin Henri Kissenceri Yeni il münasibəti ilə təbrik etmişdi.