» » Moskvada sərnişinlərin olduğu “Airbus” alışdı

Moskvada sərnişinlərin olduğu “Airbus” alışdı

Moskvada sərnişinlərin olduğu “Airbus” alışdı

Təyyarə Tbilisiyə uçurmuş.

Moskvanın Domodedovo aeroportunda fövqəladə hal baş verib, ucarliyiq.biz NTV-yə istinadən xəbər verir.

Tbilisiyə reysi həyata keçirməli olan A320 təyyarəsinin mühərriki alışıb.

Təyyarə uçuş zolağında olarkən sol qanadı altında parlaq işıq müşahidə edilib. Pilotlar dərhal sürət yığmanı dayandırıblar.

Bundan sonra komandir texniki nasazlığın meydana gəldiyini və sərnişinlərin digər təyyarəyə keçiriləcəyini bildirib.

TASS təyyarənin S7 aviaşirkətinə məxsus olduğunu bildirib.

Aeroportun mətbuat xidmətinin nümayəndəsi NTV-ru-ya verdiyi müsahibə zamanı təyyarənin mühərrikinin alışmasına dair nə təsdiq, nə də təkzib verib.

Sadəcə Moskva (Domodedovo)-Tbilisi marşrutu üzrə reysi həyata keçirən təyyarənin uçuş vaxtı Domodedovo aeroportunun fəaliyyəti ilə əlaqədar olmadığını vurğulayıb.

S7 aviaşirkətinin nümayəndələri hadisəni şərh etməyiblər.