» » Rusiyadan Türkiyəyə yeni qida embarqosu xəbərdarlığı

Rusiyadan Türkiyəyə yeni qida embarqosu xəbərdarlığı

Rusiyadan Türkiyəyə yeni qida embarqosu xəbərdarlığı

“Rosselxoznadzor”un sədr müavini açıqlama verib.

Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət orqanı “Rosselxoznadzor”un sədr müavini Aleksey Alekseenko Türkiyədən idxal edilən bəzi meyvə və tərəvəzlərin bitki sağlamlıq normalarına cavab vermədiyi üçün qadağan ediləcəyini bildirib. 

ucarliyiq.biz bu barədə Sputnik-ə istinadən xəbər verir. 

Nəzarət tədbirləri zamanı bəzi meyvə və tərəvəzlərin bitki sağlamlıq normalarına cavab vermədiyini xatırladan A.Alekseenko konkret hansı meyvə-tərəvəzdən söhbət getdiyini isə açıqlamayıb. 

Daha əvvəl isə qurum bildirmişdi ki, 7,8 ton pomidorun Rusiyaya idxal edilməsinin qarşısı alınıb. 

Xatırladaq ki, Rusiya noyabrın 25-də Türkiyənin bu ölkəyə məxsus təyyarəni vurmasından sonra, Türkiyədən bəzi ərzaq məhsullarının idxal edilməsini dayandırmışdı. İdxalı dayandırılan məhsullar arasında isə pomidor, gül kələmi, naringi, üzüm, alma, armud, çiyələk kimi meyvə və tərəvəzlər yer alırdı.