» » Ben Ladenin 11 sentyabr hadisələrinin necə planlaşdırdığı açıqlanıb

Ben Ladenin 11 sentyabr hadisələrinin necə planlaşdırdığı açıqlanıb

Ben Ladenin 11 sentyabr hadisələrinin necə planlaşdırdığı açıqlanıb

Hər şey EgyptAir təyyarəsinin qəzaya uğramasından sonra başlayıb.

“Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Usama ben Laden 11 sentyabr 2001-ci il hücumunu iki əvvəl EgyptAir təyyarəsinin qəzaya uğramasından sonra planlaşdırıb.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə The Independent nəşri terror təşkilatının jurnalında yerləşdirilən məqaləyə istinadən yazır.

Nəşr iddia edir ki, 1999-cu ilin oktyabrında Los-Anceles-Qahirə reysi ilə uçan EgyptAir şirkətinin təyyarəsinin Atlantik dənzidə qəzaya uğrayıb. Baş verənlərə görə məsuliyyət 59 yaşlı misirli pilot Qamil əl-Batutinin üzərinə qoyulub. 

Müəyyən edilib ki, o, “Hər şey Allahın əlindədir!” sözlərini təkrarlayaraq, təyyarəni qəsdən qəzaya uğradıb. Aviaqəza zamanı, əsasən amerikalılar olmaqla, 217 nəfər ölüb.

Jurnal qeyd edir ki, ben Laden bu xəbəri eşidəndə sual verdi: “Niyə, o bu təyyarəni hər hansı bir binaya vurmadı?”. Və məhz həmin zaman terrorçu 11 sentyabr hücumunu planlaşdırıb.

Xatırladaq ki, 11 sentyabr  2001-ci ildə “Əl-Qaidə” terror təşkilatı tərəfindən ABŞ-da törədilən terror aktları zamanı 3000-dən çox insan həyatını itirib. 

Usama ben Laden 2011-ci ilin mayın 2-də ABŞ xüsusi təyinatlılarının Pakistanın Abbottabad şəhərində gizli keçirdiyi əməliyyat zamanı öldürülüb.