» » Tehran “Total” ilə neft tədarükünə dair müqavilə imzaladı

Tehran “Total” ilə neft tədarükünə dair müqavilə imzaladı

Tehran “Total” ilə neft tədarükünə dair müqavilə imzaladı

Bu şirkət İranın Avropada ilk müşətirisi deyil.

İranın Milli Neft Şirkəti (NİOC) Fransanın “Total” şirkəti ilə neft tədarükünə dair müqavilə imzalayıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyinə istinadən İnterfaks məlumat yayıb.

Bu müqavilə “Total”a İrandan gündə 150-200 min barel neft almaq imkanı yaradacaq.

Agentliyin məlumatına görə, “Total” sanksiyaların ləğvindən sonra İranın neft tədarükü üzrə Avropadan olan ilk müştərisi deyil. İranın neft sənayesi nazirinin müavini Roknoddin Cavadi müqavilə bağlanan ilk ölkənin adını dəqiqləşdirməyib.

Cavadi, gələn il üçün 2,3 milyon barel neft tədarükünə istinad edərək, “bu yaxınlarda 500 min barel neft hasilatının və ixracının tamamən real” olacağını bildirib, agentlik məlumat yayıb.  

Eləcə də hazırda İran Avropada İspaniya, İtaliya, Almaniya, Fransa, Çexiya, Yunanıstan və Böyük Britaniya kimi müştərilər ilə danışıqlar aparır.