» » Facebook-un 12 yaşı tamam oldu

Facebook-un 12 yaşı tamam oldu

Facebook-un 12 yaşı tamam oldu

Şirkətin gəliri 17,93 milyard dollardan ibarət olub.

2004-cü ilin fevral ayının 4-də işə başlayan Facebook sosial şəbəkəsi bu gün 12 yaşını qeyd edir.  

ucarliyiq.biz xəbər verir ki, ən populyar sosial şəbəkə Harvard Universitetində təhsil alan Mark Zükerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən yaradılıb.  

Bu gün Facebook – dünyada ən çox istifadə edilən saytdır. Hər ay sosial şəbəkədən milyard yarım insan istifadə edir, hər gün isə bu şəbəkədə iki milyard “like” və şərh qoyulur, 300 milyondan çox şəkil yerləşdirlir.

Şirkətin keçən il ərzində gəliri 17,93 milyard dollardan ibarət olub.