» » Gözlənilən siyahı açıqlandı: Onlar sərhədi keçə bilməyəcəklər (FOTO)

Gözlənilən siyahı açıqlandı: Onlar sərhədi keçə bilməyəcəklər (FOTO)

Gözlənilən siyahı açıqlandı: Onlar sərhədi keçə bilməyəcəklər (FOTO)
Ukrayna Rusiya mədəniyyət xadimlərinin “qara siyahısını” açıqlayıb. Ucarliyiq.biz-in məlumatına görə, KİV-də dərc edilən siyahıda adları əks olunmuş 14 rusiyalı mədəniyyət xadiminin dövlət təhlükəsizliyinə hədə olduğu bildirilir.
Mədəniyyət Nazirliyinin hazırladığı sənəddə Oleq Qazmanov, İosif Kobzon, Nikolay Rastorquyev, Valeriya və Mixail Boyarski ilə yanaşı 2013-cü ildə Rusiya vətəndaşlığını almış fransız aktyoru Jerar Depardyenin adını da görmək olar.

Jerar Depardye
Ukraynada arzuolunmaz şəxslər sayılan rusiyalı mədəniyyət xadimləri vaxtilə Krımın ilhaqı və müstəqilliyini elan etmiş Donetsk və Luhansk bölgələrinə dəstək bildiriblər.
Gözlənilən siyahı açıqlandı: Onlar sərhədi keçə bilməyəcəklər (FOTO)

İosif Kobzon
Belə bir sənədin hazırlandığı əvvəl də məlum olub. Lakin ona daxil edilmiş adların tam siyahısı ilk dəfədir ki, açıqlanır.
Gözlənilən siyahı açıqlandı: Onlar sərhədi keçə bilməyəcəklər (FOTO)

Nikolay Rastorquyev
Təhlükəsizlik Xidmətində tərtib edilən sənəd, informasiya teleradioməkanının qorunması barədə qanunun tələblərinə uyğun olaraq Mədəniyyət Nazirliyinə təqdim olunub.
Gözlənilən siyahı açıqlandı: Onlar sərhədi keçə bilməyəcəklər (FOTO)

Valeriya
Müvafiq təkliflərin daxil olduğu təqdirdə siyahının genişləndiriləcəyi bildirilir. Fevral ayında Xarici İşlər Nazirliyinə Ukraynaya girişi müvəqqəti yasaqlanacaq 115 adamdan ibarət siyahının verildiyi bildirilib.
Gözlənilən siyahı açıqlandı: Onlar sərhədi keçə bilməyəcəklər (FOTO)

Mixail Boyarski
Gözlənilən siyahı açıqlandı: Onlar sərhədi keçə bilməyəcəklər (FOTO)

Oleq Qazmanov
“Qara siyahı” ilə yanaşı “ağ siyahı”da mövcuddur. Belə ki, ötən ay Mədəniyyət Nazirliyi Ukraynaya gəlməsi tövsiyyə edilən xarici mədəniyyət və incəsənət xadimlərindən ibarət əlavə bir siyahı dərc edib.
Andrey Makareviç, Liya Axecakova, Boris Akunin və Eldar Ryazanov da daxil olmaqla həmin siyahıda 34 nəfərin adı var. Siyahıya həmçinin Pedro Almodovar və Arnold Şvarzneggerin adları da daxil edilib.
Gözlənilən siyahı açıqlandı: Onlar sərhədi keçə bilməyəcəklər (FOTO)

Arnold Şvarznegger
"Ağ siyahının” hazırlanması həqiqət, ədalət və sadəcə insan vicdanı tərəfini tutmaqdan qorxmayan xarici ölkələrin vətəndaşlarına minnətdarlıq və ehtiram əlamətidir”, - Mədəniyyət Nazirliyinin bəyanatında deyilir.
  1. ruslan1 9 avqust 2015 13:06


    BU ADLARI CEKILENNER UKRAYNAYA GEDSE NESE QALMAQAL YARADACAQLAR HEE??MEN INANMIRAM BELKEDE NESE DOVLETE QARSI AKSIYA YARADALAR.


  2. Bextiyar 9 avqust 2015 13:17


    ALLAH ETINIZI TOKSUN BELE REYLERI GORUB ETIM TOKULDEEE MENIM:)) BESDIDAAAAAAAAAAAAA:))))

    --------------------