» » Rusiya XİN: Türkiyə heç bir sübut təqdim etmədi

Rusiya XİN: Türkiyə heç bir sübut təqdim etmədi

Rusiya XİN: Türkiyə heç bir sübut təqdim etmədi

“Bu, təxribat xəttidir”.

Ankara Rusiya təyyarəsinin Türkiyənin sərhədlərini pozmasını təsdiqləyən heç bir dəlil təqdim etməyib, bütün sorğularımız cavabsız qalıb.

ucarliyiq.biz xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Ankara indiyə qədər Rusiyaya qarşı sürdüyü ittihamları təsdiqləyən faktiki obyektiv məlumat təqdim etməyib. Rusiya səfirliyinin Türkiyə Xarici İşlər Nazirliyinə belə bir məlumatın təqdimatı üçün sorğusu cavabsız qalıb.

Türkiyə XİN-ə göndərilmiş etiraz notasında bu ölkənin Xarici İşlər Nazirliyinin nəzər-nöqtəsi və ya versiyasının, eləcə də BMT-nin TŞ-na məxsus analoji material dəlil bazası rolunu oynaya bilməz”, - o deyib.

Onun sözlərinə görə, Moskva Türkiyə XİN rəhbərinin Rusiya təyyarələrinin sərhədlərini pozmasına dair faktları etiraf etməməsinə dair bəyanatı yolverilməzdir.

“Bu dövlətin xarici işlər naziri, cənab Çavuşoğlunun bəyanatını sitat gətirirəm - “Rusiya üçün xarakterik olan faktları etiraf etməmək xətti qətiyyən yolverilməzdir”, - Zaxarova bəyan edib və bu bəyanatı “şantaj” adlandırıb.

“Əlbəttə, Ankaranın tutduğu bu təxribat xəttinin ABŞ-ın dəstəyindən bəhrələnməsi məyusedicidir”, - XİN nümayəndəsi vurğulayıb.