» » Rusiya MN: Türkiyə Suriyaya hərbi müdaxilə hazırlayır

Rusiya MN: Türkiyə Suriyaya hərbi müdaxilə hazırlayır

Rusiya MN: Türkiyə Suriyaya hərbi müdaxilə hazırlayır

“Bizim ciddi əsaslarımız var”.

Türkiyə-Suriya sərhədində baş verənlər Ankaranın Suriyaya hərbi müdaxiləsi üçün intensiv hazırlığın getdiyini göstərir.

ucarliyiq.biz-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu abrədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bəyan edib.

“Bizim buna şübhə etmək üçün ciddi əsaslarımız var. Türkiyə Silahlı Qüvvələrinin Suriyaya ərazisində aktiv fəaliyyətinə gizli hazırlığın əlamətlərini getdikcə daha çox görürük”, - Konaşnekov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir müddət öncə Rusiya Müdafiə Nazirliyi dünya ictimaiyyətinə Türkiyə artilleriya qurğularının Suriyanın Latakiya bölgəsində yaşayış məntəqələrini atəşə tutmasını əks etdirən kadrları təqdim edib.