» » ABŞ-da qatili səhvən azadlığa buraxdılar

ABŞ-da qatili səhvən azadlığa buraxdılar

ABŞ-da qatili səhvən azadlığa buraxdılar

Polis onun yeri barədə məlumata mükafat vəd edib.

Los-Anceles polisi səhvən adam öldürməkdə şübhəli bilinən şəxsi azadlığa buraxıb, ucarliyiq.biz Associated Press-ə istinadən xəbər verir.

Müstəntiqlər onu tanıyan hər kəsi bu barədə məlumatlandırıblar.

İndi 37 yaşlı Stiven Lourens Rayt dairə polsinin bir nömrəli işinə çevrilib.

“Bu kritik hadisədir, çünki adam öldürməkdə ittiham edilən şəxs indi küçələrdədir”, - polis komandiri Kit Svensson bildirib. O, əlavə edib ki, əməliyyat-axtarış tədbirlərinə onlarla müstəntiq cəlb edilib.

Rayt yanvarın 30-da həbs olunanların qəbul mərkəzindən azadlığa buraxılıb. Onun səhvən azad edilməsi yalnız bir gün sonra aşkar olunb və dərhal axtarışlara başlanılıb. 

Fevralın 2-də Los-Anceles polisi onun yeri barədə doğru məlumata görə 20 min dollar mükafat vəd edib.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, səhv polis işçisinin sənədləri düzgün doldurmaması səbəbindən baş verib.

Qeyd edək ki, Stiven Rayt 2011-ci ildə Kaliforniyada 47 yaşlı kişini öldürməkdə ittiham edilir. İstintaqın versiyasına görə, Rayt kriminal qruplaşmanın üzvüdür və onun güllələdiyi şəxs digər qruplaşmanın nümayəndəsi olub.

2014-cü ildə onu günahkar biliblər, lakin ötən il məhkəmənin hökmü ləğv olunub.