» » Rusiyada azərbaycanlı iş adamını “Gelandewagen”də güllələdilər

Rusiyada azərbaycanlı iş adamını “Gelandewagen”də güllələdilər

Rusiyada azərbaycanlı iş adamını “Gelandewagen”də güllələdilər

Mərhumun əvvəllər məhkumluğu olub.

Rusiyanın Leninqrad vilayətinin Tosnensk rayonun Yam-İjora qəsəbəsində azərbaycanlı biznesmen güllələnib.

ucarliyiq.biz-ın məluamtına görə, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin regional idarəsi yayıb.

Hadisə fevralın 3-də saat 23:15 radələrində Leninqradski küçəsi ev 10 ünvanında baş verib. 

42 yaşlı Elçin Heydərov qafqaz mətbəxli kafesinin qarşısında “Mercedes-Benz Gelandewagen” markalı avtomobildə olub. Bu zaman yuxarıda qeyd olunan ünvana “Chevrolet Lacetti” markalı avtomobil gəlib və nəqliyyat vasitəsinin sərnişinləri dərhal “Mercedes”ə atəş aşaraq hadisə yerindən uzaqlaşıblar.

Elçin Heydərov aldığı 6 güllə yarası nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, mərhumun əvvəllər məhkumluğu olub. Heydərov meyvə-tərəvəz tədarükü ilə məşğul olub.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi qaldırılıb.