» » Ərdoğan: Suriyadakı müharibə qaçqın axınının qarşısını almağa imkan vermir

Ərdoğan: Suriyadakı müharibə qaçqın axınının qarşısını almağa imkan vermir

Ərdoğan: Suriyadakı müharibə qaçqın axınının qarşısını almağa imkan vermir

O, BMT-nin UNİCEF Uşaq fondunu tənqid edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı, ölkəsinin Suriyada sülhün bərqərar olmadığı və aviazərbələrin dayandırılmadığı təqdirdə, bu ölkədən gələn qaçqın axınının qarşısını almaq iqtidarında olmadığını bəyan edib.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

“Avropalı dostlarımız qaçqınların axınının qarşısını almağımızı istəyirlər. Amma biz aviazərbələrin davam etdiyi təqdirdə, qaçqın axınının qarşısını necə ala bilərik?”, - Ərdoğan Ekvadorun paytaxtında səfərdə olarkən bildirib.  

Türkiyəli lider bəzi strukturları, əsasən də BMT-nin UNİCEF Uşaq Fondunu, milyonlarla suriyalı qaçqının probleminin həllində və Suriyada çoxsaylı mədəni irs abidələrinin qorunmasında yetərincə iştirak etmədikləri üçün tənqid atəşinə tutub.

“Bizim region ağır zaman yaşayır, Suriyada böhran İkinci Dünya Müharibəsi dövründən indiyə qədər ən böyük insan faciəsini meydana çıxardı”, - Ərdoğanın sözlərini Universal portalı sitat gətirib.

Çərşənbə günü Avropa İttifaqı ölkələri Türkiyə ərazisində qaçqınlara dəstək fondunun maliyyələşdirilməsini təsdiqləyiblər.

Ankaranın, Aİ ölkələrinə mühacir axınının qarşısını alması, onlara öz əraizisində əlverişli şəraitin yaratması müqabilində  3 milyard avro alacağı və quruma qəbul olması üçün danışıqların aktivləşdirilməsini və viza liberallaşmasını əldə edəcəyi ehtimal edilir. Türkiyə artıq 2,7 milyon, Avropa İttifaqı isə 2 milyona yaxın suriyalı qaçqını qəbul edib.