» » Jirinovski təbliğat nazirliyi yaratmağı təklif etdi

Jirinovski təbliğat nazirliyi yaratmağı təklif etdi

Jirinovski təbliğat nazirliyi yaratmağı təklif etdi

“Biz Qərbin təxribatına hazır olduğumuzu göstərməliyik”.

Rusiyanın Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski hesab edir ki, BBC istehsalı olan “Üçüncü dünya müharibəsi: Komanda məntəqəsində” (World War Three: Inside the War Room) fliminə cavab olaraq Rusiya öz təbliğat maşınını işə salmalıdır.

ucarliyiq.biz xəbər verir ki, o, bu barədə fevral ayının 4-də “LifeNews” telekanalının efirində bildirib.  

Siyasətçinin fikrincə, təbliğat nazirliyi yaratmaq lazımdır, nazirlik müvafiq film və serialların çəkilişi ilə məşğul olacaq.

“Yayım məsələləri ilə telekanal və internet KİV məşğul olacaq”, - Jirinovski qeyd edib.   

“Biz hərəkət etməli və Qərbin təxribata hazır olduğunu və vəziyyəti gərginləşdirmək istədiyini göstərməliyik. Hələ “Maydana” qədər biz orada ukraynalı və ruslara necə dərs keçirildiyi barədə film çəkə bilərdik. Eyni şey Gürcüstanda da baş verirdi”, - LDPR lideri bildirib.

Fevral ayının 3-də göstərilən film geniş ictimai və siyasi rezonans doğurub.

Filmin süjeti Latviyanın Dauqavpils şəhərinin rusiyayönümlü qiyamçılar tərəfindən işğalı və Amerika-Britaniya koalisiyasının müdaxiləsindən sonra dünyanın nüvə müharibəsi astanasında dayanmasının üzərində qurulub. Bəşəriyyətin xilaskarları isə Britaniyanın nazirlər kabinetinin üzvləri olur.