» » Nyu-Yorkda pilotsuz uçan aparat göydələnlə toqquşdu

Nyu-Yorkda pilotsuz uçan aparat göydələnlə toqquşdu

Nyu-Yorkda pilotsuz uçan aparat göydələnlə toqquşdu

O, yeddi il həbs cəzası ala bilər.

Nyu-Yorkda xırda pilotsuz uçan aparat (PUA) “Empayr Steyt Bildinq” göydələni ilə toqquşub.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Uçan aparat binaya 40-cı mərtəbə hündürlükdə dəyib, sonra da 35-ci mərtəbə səviyyəsində olan meydançalardan birinə düşüb.

Yerli polisin məlumatına görə, PUA-nı idarə edən 29 yaşlı Nyu-Cersi sakini həbs edilib. Onun aparatla bir neçə şəkil çəkmək istədiyi, ancaq nəzarəti əldən buraxdığı ehtimal olunur.

Nyu-Yorkda xırda dronlardan istifadə qadağan deyil. Saxlanılan şəxs PUA idarə edərkən idarəetməni itirərək ətraf mühiti təhlükə altında saxlamaqda ittiham olunur. Buna görə ona 7 ilədək həbs cəzası verilə bilər.

“Empayr Steyt Bildinq” Manhettendə yerləşən 103 mərtəbəli göydələndir.