» » Penitensiar xidmətin 18 əməkdaşı işdən çıxarılıb

Penitensiar xidmətin 18 əməkdaşı işdən çıxarılıb

Penitensiar xidmətin 18 əməkdaşı işdən çıxarılıb

Pozuntulara yol verən 322 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.

Penitensiar xidmətin 18 əməkdaşı tutduqları vəzifədən azad olunub.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2015-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə bildirilib.
 
Qeyd olunub ki, hesabat dövründə vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma  və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb. Pozuntulara yol verən 322 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 18 əməkdaş isə tutduqları vəzifədən azad olunub.