» » ABŞ-da Bob Marlinin şərəfinə marixuana növü buraxılacaq

ABŞ-da Bob Marlinin şərəfinə marixuana növü buraxılacaq

ABŞ-da Bob Marlinin şərəfinə marixuana növü buraxılacaq

“Atam sağ olsaydı, bu işi dəstəkləyərdi”.

Fevralın 6-da ABŞ-da yamaykalı musiqiçi Bob Marlinin şərəfinə “Marley Natural” adlı marixuananın xüsusi növü buraxılacaq.

ucarliyiq.biz Lenta-ya istinadən xəbər verir ki, həmin gün müğənninin anadan olmasının 71-ci il dönümü qeyd olunacaq.

“Əgər mənim atam sağ olsaydı, o bu işi dəstəkləyərdi”, - məşhur müğənninin oğlu Stiven Marli deyib.

Marixaunanı musiqiçinin mirası ilə məşğul olan “The Marley Estate” şirkəti Nyu-Yorkun “Privateer Holdings” şirkəti ilə birgə hazırlayıb. “Marley Natural”ın ardınca: “Marley Green”, “Marley Gold”, “Marley Red” və “Marley Black” növləri də satışa çıxarılacaq.

Bob Marli (1945-1981) - yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marley “I shot the sheriff”, “Bad Boys”, “No Woman, No Cry”, “One Love” və s. hitlərin müəllifidir. Məhz reqqi musiqisi onun beynəlxalq müvəffəqiyyətinin sayəsində Yamayka xaricində geniş şöhrət əldə etmişdir.

Musiqiçi 36 yaşında xərçəng xəstəliyindən vəfat edib.