» » Türkiyə sərhədinə 15 min suriyalı qaçqın gəlib

Türkiyə sərhədinə 15 min suriyalı qaçqın gəlib

Türkiyə sərhədinə 15 min suriyalı qaçqın gəlib

Dinc sakinlər Hələb şəhərindən qaçırlar.

Bəşər Əsəd və müxalifət qoşunlarından qaçan 15 minə yaxın insan Hələb şəhərindən Türkiyə sərhədinə gəlib.

ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

“Çox təəssüf ki, Hələb darmadağın edilib. Hazırda bu şəhərdən 15 minə yaxın insan sərhədimizə pənah gətirib. Biz onların bütün tələbatlarını təmin edəcəyik”, deyə Ə.Davudoğlu bildirib.
 
O qeyd edib ki, Hələb əhalisinin öz evlərini tərk etməsinə səbəb Rusiyanın dəstəyi ilə Suriya hökumət qoşunlarının hücumu olub.