» » Nazarbayevin qızı Qazaxıstan vətəndaşlarını çin dilini öyrənməyə çağırdı

Nazarbayevin qızı Qazaxıstan vətəndaşlarını çin dilini öyrənməyə çağırdı

Nazarbayevin qızı Qazaxıstan vətəndaşlarını çin dilini öyrənməyə çağırdı

“Ölkənin hər bir vətəndaşı üç dil bilmək məcburiyyətindədir”.

Qazaxıstanın baş naziri Dariqa Nazarbayeva fevral ayının 5-də Təhsil və Elm Nazirliyinin kollegiyasında çıxış edərkən respublika vətəndaşlarının yaxın gələcəkdə çin dilini bilmək məcburiyyətində qalacaqlarını bildirib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə informburo.kz saytı məlumat yayıb.

“Yaxın gələcəkdə bizim hər birimiz çin dilini bilmək məcburiyyətində qalacağıq. Çin bizim böyük, cənub qonşumuzdur, bu, bizim taleyimizdir”, - o vurğulayıb.

Nazarbayeva qeyd edib ki, ÇXR rəhbərliyi yüzillik kateqoriyalar ilə düşünür və orada hər şey yaxşı olacaq. O, Çini dost, mühüm tərəfdaş və “Qazaxıstan iqtisadiyyatına ən iri investor kimi” xarakterizə edib.

Baş nazirin müavini, eləcə də ölkə rəhbəri Nursultan Nazarbayev tərəfindən qoyulmuş üç dil haqqında məsələnin yerinə yetirilməsinin mühümlüyünü də xatırldıb.

“Ölkənin hər bir vətəndaşı üç dili mükəmməl bilməlidir. Bu, dövlət dili olan qazax dili, rus və ingilis dilidir”, - D.Nazarbayeva bəyan edib.