» » Pan Gi Mun: İŞİD tərəfində 34 yaraqlı qruplaşma döyüşür

Pan Gi Mun: İŞİD tərəfində 34 yaraqlı qruplaşma döyüşür

Pan Gi Mun: İŞİD tərəfində 34 yaraqlı qruplaşma döyüşür

Bu rəqəm 2016-cı ildə artmağa davam edəcək.

Dekabr üçün olan məlumata görə, bütün dünyadan olan 34 terror qruplaşmanın yaraqlıları “İslam Dövləti”nə sədaqət andı içib.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə BMT-nin baş katibi Pan Gi Mun qurumun Təhlükəsizlik Şurasında hesabat zamanı bildirib.

Onun fikrincə, bu rəqəm 2016-cı ildə artmağa davam edəcək.

İŞİD Yer kürəsində ən zəngin qruplaşmadır, bəzi məlumatlara görə, yaraqlıları 2015-c ildə neft və neft məhsullarının satışından 400-500 milyon dollara yaxın pul əldə ediblər.

Bundan başqa, terrorçular işğal edilmiş ərazilərdə müəssisə və fermalardan vergi alırlar.  İslamçılar həmçinin əmlakın müsadirəsi və satışı ilə məşğul olurlar.

Pan Gi Mun təhlükənin “misli olmayan səviyyəsi”ni qeyd edib, belə ki, İŞİD istənilən şəraitə alışa bilir.