» » ABŞ-da bir ailənin altı üzvü qətlə yetirilib

ABŞ-da bir ailənin altı üzvü qətlə yetirilib

ABŞ-da bir ailənin altı üzvü qətlə yetirilib

Onlar əslən Meksikadandırlar.

Amerikanın Çikaqo şəhərində şəxsi evlərin birində ikisi uşaq olmaqla, altı nəfərdən ibarət ailə üzvləri qətlə yetirilib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, öldürülənlər arasında iki kişi, iki qadın və 10-12 yaşda iki uşaq olub.

İlkin məlumata görə, onlar aldıqları çoxsaylı bıçaq yaralarından və ağır əşya ilə zərbələrdən ölüblər.  

Polisin məlumatına görə, ölənlər əslən Meksikadandırlar və onlar 10 ildən atırdır ki Çikaqoda yaşayırlar.