» » ABŞ-da iki təyyarə toqquşub

ABŞ-da iki təyyarə toqquşub

ABŞ-da iki təyyarə toqquşub

Axtarış və xilas etmə işləri davam edir.

İki böyük təyyarə havada toqquşaraq Los-Anceles yaxınlığında Sakit okeana düşüb, hal-hazırda sağ qalanlar haqqında məlumat yoxdur.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

ABŞ sahil mühafizəsinin məlumatına görə, toqquşma yerli vaxtla saat 15.30-da (Bakı vaxtı ilə 03.30) baş verib.  

“FOX Los Angeles” telekanalı təyyarədə iki kişinin və bir qadının olduğu barədə məlumat yayıb.

Hadisə yerində axtarış xilasetmə işləri aparılır, dalğıclar və yanğınsöndürənlər işləyir. Los-Anceles sahilinə nəqliyyat üçün giriş qapalıdır.

Hadisə araşdırılır, hazırda hadisənin səbəbləri müəyyənləşdirilməyib.