» » Türkiyədə Rusiyanı “qeyri-ciddi dövlət” adlandırıblar

Türkiyədə Rusiyanı “qeyri-ciddi dövlət” adlandırıblar

Türkiyədə Rusiyanı “qeyri-ciddi dövlət” adlandırıblar

“Moskvanın vəzifəsi Əsəd rejiminin çökməsinə imkan verməməkdir”.

Türkiyə diplomatik yol ilə “Su-24” təyyarəsi vurulduqdan sonra yaranan problemi müzakirə və həll etməyə çalışır, amma Rusiya gərginliyin artmasına yönəlmiş addımlar atır.   

ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, bu barədə türk prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.

Onun sözlərinə görə, Moskva özünü qeyri-ciddi dövlət kimi aparır, “mənasız təbliğat, əsassız ittiham və yalanlara” üstünlük verir.

“2016-cı ilin yanvar ayının 29-da Rusiya növbəti dəfə Türkiyənin hava məkanını pozub. Bundan sonra prezident Ərdoğan Vladimir Putin ilə telefon ilə əlaqə saxlamaq istəsə də, Rusiya tərəfi buna reaksiya vermir”, - Kalın bildirib.

Onun fikrincə, Ankaranın bu məsələləri Moskva ilə deyil, NATO-dakı tərəfdaşları ilə müzakirə etməsinə dair Moskvanın bəyanatlarının qeyri-səmimi olmasını sübut edir.   

“Bir tərəfdən Putin Ərdoğan ilə əlaqədən qaçır, digər tərəfdən isə onlarla heç kimin əlaqə qurmadığını bəyan edir. Real vəziyyət belədir”, - mətbuat katibi bildirib.

Kalın hətta əlavə edib ki, “Rusiya öz aqressiv davranışları ilə Suriyada rejim və müxalifət arasında danışıqların məqsədyönlülüyünü şübhə altına qoyur”.

“Sentyabrın 30-dan başlayaraq Rusiyanın HKQ mülki obyektlərə və müxalifət qüvvələrinə zərbələr endirir. Aydındır ki, Rusiyanın məqsədi İŞİD deyil. Rusiyanın vəzifəsi Əsəd rejiminin çökməsinə imkan verməməkdir”, - Ərdoğanın mətbuat katibi bildirib.

Qeyd edək ki, Rusiya və Türkiyə münasibətlərində böhran noyabrın 24-də Rusiyaya məxsus “Su-24” bombardımançı təyyarəsinin türk qırıcısı tərəfindən vurulduqdan sonra başlayıb.