» » Medvedev: Yüksək neft gəlirləri erası geridə qaldı

Medvedev: Yüksək neft gəlirləri erası geridə qaldı

Medvedev: Yüksək neft gəlirləri erası geridə qaldı

“Xahiş edirəm, insanlara yerinə yetirə bilməyəcəyiniz sözlər verməyin”.

Rusiyanın baş naziri Dmitriy Medvedev “Vahid Rusiya” Partiyasının XV qurultayının açılışında çıxış edərkən yüksək neft gəlirləri erası artıq geridə qalmasını bildirib, ucarliyiq.biz Gazeta-ya istinadən xəbər verir.

“Xahiş edirəm, insanlara yerinə yetirə bilməyəcəyiniz sözlər verməyin. Biz, xüsusən büdcə gəlirlərinin aşağı olduğu bir vaxtda məsuliyyətli siyasi qüvvəyik. Yüksək neft gəlirləri dövrü artıq başa çatıb. Biz hamımız, xüsusən baş nazir olaraq mən, büdcəmizin vəziyyətinin nə yerdə olduğunu yaxşı bilirik”, - Medvedev deyib.

Baş nazir həmçinin bildirib ki, dövlət orqanları yeni binaların tikintisindən imtina edəcəklər, məmurlar yeni ofislər barədə də hələlik yaddan çıxarmalıdırlar.