» » Avstriya kurortunda 12 xizəkçi qar uçqunu altında qalıb

Avstriya kurortunda 12 xizəkçi qar uçqunu altında qalıb

Avstriya kurortunda 12 xizəkçi qar uçqunu altında qalıb

Ən azı 5 nəfər həlak olub.

Avstriyanın Alp dağlarında 12 nəfər qar uçqunu altında qalıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən bildirir ki, bu barədə şənbə günü, fevralın 6-da Associated Press xəbər verib.

Hadisə dağ-xizək kurortlarından birində, İnsburq şəhərinin təxminən 30 km-də  baş verib.

“Bir neçə xizəkçi həlak olub, lakin hal-hazırda həlak olanların sayı dəqiq məlum deyil”,- deyə Tirol polisinin nümayəndəsi Helmut Şuts (Helmut Schuetz) bildirib. 

İlkin məlumata görə, zərərçəkənlərin hamısı Çexiya vətəndaşıdır. 

Bununla belə, Reuters  agentliyi qanun keşikçilərinə istinadən ən azı beş nəfərin həlak olduğunu bildirir.

Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb.