» » Şimali Koreya raket buraxılışı həyata keçirib

Şimali Koreya raket buraxılışı həyata keçirib

Şimali Koreya raket buraxılışı həyata keçirib

Pxenyanın qitələrarası ballistik raketin sınaqdan keçirir.

Şimali Koreya şimal-qərbdəki kosmodromdan raket buraxılışı həyata keçirib. 

ucarliyiq.biz-ın Gazeta-ya istinadən verdiyi xəbərə görə, məlumatı Cənubi Koreyanın “Renhap” agentliyi yayıb.

KXDR-in orbitə müşahidə peyki buraxılması barədə bəyanatlar verməsinə baxmayaraq, dünyada Pxenyanın qitələrarası ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.   

Cənubi Koreyanın prezidenti Pak Kın Xe Şimali Koreyanın  raket buraxılışından sonrat əcili iclas çağırıb.
 
Yaponiyanın Baş naziri Sindzo Abe Pxenyanın uzaqmənzilli raketin buraxdığını bildirib. 
 
ABŞ KXDR-in buraxdığı raketin trayektoriyasını nəzarətdə saxlayır.
 
Reuters-in məlumatına görə, Pentaqon nümayəndəsinin sözlərinə görə, raket ABŞ və onun müttəfiqləri üçün təhlükə yaratmır.

O əlavə edib ki, mütəxəssilər vəziyyəti nəzratdə saxlayır.