» » İran Ermənistana qaz ixracını 5 dəfə artırır

İran Ermənistana qaz ixracını 5 dəfə artırır

İran Ermənistana qaz ixracını 5 dəfə artırır

Əlirıza Kamili danışdı.

İran 3-cü elektrik ötürücü xəttin inşası çərçivəsində Ermənistana qaz ixracı imkanlarını 5 dəfə artırmağı nəzərdən keçirir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə İranın Qaz İxracı üzrə Milli Şirkətinin direktoru Əlirıza Kamili bildirib.

“Hətta İran və Ermənistan arasında birgə saziş əsasında qaz tədarükünün gündə 5 milyon kubmetrə qədər artırılması imkanları mövcuddur”, — Kamili deyib.

Onun sözlərinə görə, hazırda İran Ermənistana gündə təqribən 1 milyon kubmetr qaz ixrac edir.

Şirkət direktorunun fikrincə, yeni elektrik ötürücü xəttlərin tikilməsi İran qazının Ermənistana ixracında əsas amillərdən biri ola bilər.