» » Odessada azərbaycanlını vəhşicəsinə öldürdülər - FOTO

Odessada azərbaycanlını vəhşicəsinə öldürdülər - FOTO

Odessada azərbaycanlını vəhşicəsinə öldürdülər - FOTO

“Onlar qorxmurdular ki, birdən kimsə bu cinayəti görər”.

Odessanın Admiralsk prospektində “Vimpel” barından bir az kənarda naməlum şəxslər 32 yaşlı azərbaycanlını vəhşicəsinə öldürüblər.

ucarliyiq.biz Ukrayna KİV-ə istinadən xəbər verir ki, qətl hadisəsi dünən axşam törədilib.

Şahidlərin məlumatına görə, 32 yaşlı azərbaycanlı bardan çıxıb, öz “Mercedes”inə oturub, bu zaman ona üç nəfər hücum edib. Hücum edənlər azərbaycanlını avtomobildən sürüyüb çıxarıblar, döyüblər və daha sonra sinəsindən iki bıçaq zərbəsi ilə soyuqqanlılıqla öldürüblər.

“Onlar qorxmurdular ki, birdən kimsə bu cinayəti görər. Yaxınlıqda videomüşahidə kameraları da var, ancaq onlar çəkinmirdilər”, - şahidlərdən biri deyib.

Məlum olub ki, öldürülən azərbaycanlı xeyli vaxtdır Ukrayna vətəndaşlığı daşıyırdı.

Odessada azərbaycanlını vəhşicəsinə öldürdülər - FOTO